Bank Of Baku

Bu ilin altı ayı ərzində Azərbaycanda sənaye məhsulunun və xidmətlərinin həcmi 13,8% artıb

Bu ilin altı ayı ərzində Azərbaycanda sənaye məhsulunun və xidmətlərinin həcmi 13,8% artıb
# 24 iyul 2008 15:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin altı ayı ərzində Azərbaycanda sənaye məhsulunun və xidmətlərinin həcmi 13,8% artıb. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, o cümlədən hesabat dövrü ərzində ölkənin neft sektorunda 14%, qeyri-neft sektorunda isə 12,9% artım müşahidə olunub. Ümumilikdə sənayedə 15,4 mlrd. manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Sənayenin artımı neftin hasilatında 14%, qazın hasilatında 72,8%, qida məhsullarının istehsalında 8,9%, kimya sənayesində 45,8%, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalında 41,9%, metallurgiya sənayesi və hazır metal məmulatların istehsalında 35,8%, oduncaqların emalı və ağacdan məmulatların istehsalında 6,6%, elektrik avadanlığı, optik və elektron avadanlıqlarının istehsalında 15,3% və digər sahələrdə müşahidə olunub.
İstehsalın 94,8%-i malların, 5,2%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, sənaye məhsulunun 18,3%-i dövlət müəssisələrində, 81,7%-i isə özəl bölmədə istehsal edilərək müvafiq olaraq 4,5% və 6,1% çoxalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR