Bank Of Baku

Azərbaycan və Türkmənistanın neft-qaz potensialına həsr olunmuş konfransın gündəliyi açıqlanıb

Azərbaycan və Türkmənistanın neft-qaz potensialına həsr olunmuş konfransın gündəliyi açıqlanıb
# 25 iyul 2008 09:44 (UTC +04:00)
Azərbaycan Sənaye və Energetika Nazirliyinin (SEN) mətbuat xidmətinin rəhbəri Azər Mənsimli «APA-Economics»ə bildirib ki, konfrans Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və Türkmənistan baş nazirinin müavini Taçmerdi Tağıyevin həmsədrliyi ilə keçiriləcək. Konfransda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Türkmənistanın neft-qaz sənayesi və mineral resurslar naziri Baymurad Xocaməhəmmədov, Türkmənistanın Strateji Planlaşdırma və İqtisadiyyat İnstitutunun direktoru, «Türkmənqaz» Dövlət Konserninin rəhbəri və digər şəxslərin çıxışları nəzərdə tutulur. Konfrans «Qlobal tendensiyalar və dünya energetikasının inkişafı», «Azərbaycan və Türkmənistanın neft-qaz resurslarının qiymətləndirilməsi», «Regional əməkdaşlıq və neft-qaz komplekslərinin inkişafı. Beynəlxalq və regional investisiya layihələri», «Yeni texnologiyaların tətbiqi: iqtisadiyyat, ekologiya, elm və təhsil» seksiyaları üzrə davam etdiriləcək.
Tədbirə, həmçinin Azərbaycan və Türkmənistanda fəaliyyət göstərən xarici şirkətlər, beynəlxalq maliyyə institutları və korporasiyaların nümayəndələri də qatılacaqlar. Konfransda ABŞ dövlət katibinin köməkçisinin birinci müavini, Dövlət Departamentinin Avropa və Avrasiyada enerji məsələləri üzrə koordinatoru Stiven Mənnin də iştirakı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR