Bank Of Baku

«Bakıelektrikşəbəkə» Səbayel rayonu ərazisindəki 119 saylı yarımstansiyada yenidənqurma işlərinə başlayıb

«Bakıelektrikşəbəkə» Səbayel rayonu ərazisindəki 119 saylı yarımstansiyada yenidənqurma işlərinə başlayıb
# 25 iyul 2008 09:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Bakıelektrikşəbəkə» ASC Bakı şəhərinin Səbayel rayonu ərazisindəki 119 saylı yarımstansiyada yenidənqurma işlərinə başlayıb. Bu barədə «APA-Economics»ə səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. T. Mustafayevin sözlərinə görə, yarımstansiyadakı köhnə tikili sökülüb, ərazidə 110 KV-luq yeni yarımstansiyanın inşasına başlanılıb.
Bundan əlavə, «Bakıelektrikşəbəkə» Nərimanov rayonunda yerləşən 227 saylı yarımstansiyanın da yenidən qurulmasına start verilib. Bu stansiyada 35/0,6 KV-luq sistem tam şəkildə rekonstruksiya olunacaq, 10 KV-luq bütün avadanlıqlar yenisi ilə əvəz ediləcək. Yaxın günlərdə isə Xətai rayonu ərazisində yeni inşa edilmiş 200 saylı 110 KV-luq yarımstansiyanın istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, paytaxtın 11 rayonunun enerji təchizatını həyata keçirən «Bakıelektrikşəbəkə» ASC-nin 630 mindən artıq abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR