Bank Of Baku

Bakıda “Tənzimləmə və tariflər” mövzusunda beynəlxalq seminar keçirilib

Bakıda “Tənzimləmə və tariflər” mövzusunda beynəlxalq seminar keçirilib
# 25 iyul 2008 12:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov «Tənzimləmə və tariflər» mövzusunda Bakıda keçirilmiş seminarın iştirakçıları ilə görüşüb. Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə beynəlxalq enerji məsələləri üzrə mütəxəssis, amerikalı professor Donald Hertsmark, Pensilvaniya Dövlət Kommunal Xidmətləri Komissiyasının rəsmisi Robert Ekenrod, Türkiyənin Enerji Bazarını tənzimləyən Qurumun üzvü Zəfər Demirçan, kommunal xidmətlər sektoru üzrə məsləhətçi Hasso Bhatiya iştirak ediblər.
Müzakirələr zamanı qeyd olunub ki, 5 günlük tədbir çərçivəsində tematik modullar üzərində təşkil edilmiş, tariflərin yaradılmasında metodologiyalar və tətbiqi biliklər, həvəsləndirici tənzimlənmə, xidmətin keyfiyyəti və özəl sərmayə razılaşmaları planları barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, seminar Kommunal Xidmətlərin Tənzimlənməsi üzrə Məsul Şəxslərin Milli Assosiasiyası, Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası və Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən birgə təşkil edilib. İyulun 21-dən 25-dək davam edən seminarda enerji tənzimlənməsinin təməl prinsipləri, enerji sektoru islahatında səlahiyyətə malik olan maraq dairələrinin müvafiq vəzifələri, Azərbaycanda enerji sektoru mövzusunda müzakirələr aparılıb. Həmçinin Azərbaycan tərəfindən maraq dairələrini enerji sektorunda effektiv tarif dərəcələrinin tərtib edilməsi və qiymətləndirilməsində əsas konsepsiyalar, məqsədlər, metodologiyalar və mexanizmlərlə təmin edilməsi müzakirə olunub. Effektiv qiymətlərin arzu edilən xüsusiyyətlərinə dair müfəssəl təhlil aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR