Bank Of Baku

Sumqayıt Elektrik Stansiyasında birinci blok sınaq yükü ilə sistemə qoşulub

Sumqayıt Elektrik Stansiyasında birinci blok sınaq yükü ilə sistemə qoşulub
# 25 iyul 2008 13:11 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA-Economics. Sumqayıt Elektrik Stansiyasında inşaat işləri başa çatdırılıb, hazırda buxar-qaz qurğusunda sınaq-sazlama prosesi həyata keçirilir. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, artıq birinci enerji blokunun sistemə sinxronlaşdırılması əməliyyatı yekunlaşıb. İlkin olaraq, birinci blok 50 MVt-lıq sınaq yükü ilə sistemə elektrik gücü verməyə başlayıb. Hazırda blokun növbəti yük qrafiki tərtib edilir. Daha yüksək güclər üzrə sınaqlar davam etdiriləcək.
Qeyd edək ki, Sumqayıt Elektrik Stansiyasının gücü 517 MVt-dır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR