Bank Of Baku

“Kürdəmir Regional Enerji Təchizatı” MMC-də 116 istehlakçının sayğaca müdaxilə etdiyi müəyyənləşdirilib

“Kürdəmir Regional Enerji Təchizatı” MMC-də 116 istehlakçının sayğaca müdaxilə etdiyi müəyyənləşdirilib
# 28 iyul 2008 13:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin iyun ayında “Kürdəmir Regional Enerji Təchizatı” MMC-də 116 istehlakçının sayğac uçot komplektinə müdaxilə etməsi faktı aşkarlanaraq müvafiq qaydada akt tərtib edilib. Bu barədə “APA-Economics”ə “Azərenerji” ASC-dən məlumat verilib. Nəticədə 273 min kVt/saata yaxın itirilən elektrik enerjisinin 16,4 min manata yaxın istehlak dəyəri bərpa edilib və bu məbləğin 91%-dən artıq hissəsinin ödənişi təmin olunub.
Qeyd edək ki, “Elektrik enerjisindən istifadə qaydaları”nın pozulması ilə əlaqədar olaraq cari ilin birinci yarım illiyində 1330-a yaxın akt tərtib edilib. Tərtib edilən aktlar əsasında 3,6 milyon KVt/saata yaxın itirilən elektrik enerjisinin istehlak dəyəri bərpa edilib və bu dəyərin 80%-dən artığının ödənilməsinə nail olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR