Bank Of Baku

Bu il Naxçıvan MR 5 milyon 800 min ABŞ dolları dəyərində sənaye məhsulu ixrac edib

Bu il Naxçıvan MR 5 milyon 800 min ABŞ dolları dəyərində sənaye məhsulu ixrac edib
# 29 iyul 2008 07:58 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu - APA İlin əvvəlindən Naxçıvan Muxtar Respublikasından (MR) 5 milyon 800 min ABŞ dolları dəyərində sənaye məhsulu ixrac olunub. Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyindən APA-ya verilən məlumata görə, yanvar-iyun aylarında sənaye üzrə təsərrüfat subyektlərinə 5 milyon 685 min 700 manat həcmində kredit verilib ki, bu da sənaye məhsulunun həcminin artmasına, tələbatdan artıq məhsulların isə qonşu ölkələrə, o cümlədən respublikanın müxtəlif bölgələrinə ixrac edilməsinə imkan verib. Ümumilikdə, 2008-ci ilin ilk yarısında MR-də 81 milyon 501 manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründə istehsal olunan 63 milyon 771 min manatlıq məhsuldan 21 faiz çoxdur. Sənaye məhsulunun strukturunda istehsalın payı 79, xidmətlərin payı isə 21 faiz olub.
Qeyd edək ki, cari ildə Naxçıvan MR-də 10 istehsal və xidmət sahəsi yaradılıb. İqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 30 layihənin hazırlanılması həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR