Bank Of Baku

Azərbaycan mütəxəssisləri neftlə çirklənmiş torpaqları təmizləyən yeni qurğu ixtira ediblər

Azərbaycan mütəxəssisləri neftlə çirklənmiş torpaqları təmizləyən yeni qurğu ixtira ediblər
# 29 iyul 2008 23:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Ekol Mühəndislik Xidmətləri» QSC-nin baş direktoru Soltan Əliyev və Azərbaycan Neft Akademiyasının müəllimi Alımustafa Mustafayevin neftlə çirklənmiş torpaqların təmizlənməsi üsulu və bunun həyata keçirilməsi üçün ixtira etdikləri yeni MS-1 (1-ci model ) qurğusu sınaqdan keçirilib. Bu barədə «APA-Economics»ə «Ekol Mühəndislik Xidmətləri» QSC-dən məlumat verilib.
Qeydiyyatdan keçmək üçün qurğunun layihəsi və iddia sənədləri ötən ilin dekabr ayında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Patent şöbəsinə təqdim olunub və ixtira barədə qərar qəbul edilib. Agentlik tərəfindən S. Əliyevə və A. Mustafayevə qurğunun ixtirasına dair müəlliflik hüququ verən İ 2008 0145 saylı patent ixtira sənədi təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR