Bank Of Baku

Müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə Azərbaycana idxal olunan texnologiyalar ƏDV və gömrük rüsumundan azad edilib

Müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə Azərbaycana idxal olunan texnologiyalar ƏDV və gömrük rüsumundan azad edilib
# 29 iyul 2008 09:53 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib. Nazirlər Kabinetinin qərarı, həmçinin MSN və onun müəssisələri tərəfindən Azərbaycana gətirilən avadanlıqlar və dəstləşdirici hissələrə də şamil olunur. Bu məqsədlə Nazirlər Kabineti «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» və «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» qərarlarına əlavələr edib.
Qeyd edək ki, Azərbaycan prezidentinin bu il iyun ayının 24-də imzaladığı «Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin fəaliyyətinin sağlamlaşdırılması tədbirləri haqqında» fərmana əsasən, MSN-in tabeliyində olan müəssisələrin 2008-ci il aprelin 1-nə məcburi dövlət sosial sığorta haqları üzrə Dövlət Sosial Müdafiə Fonduna olan əsas borcları, hesablanmış və ödənilməmiş penya və maliyyə sanksiyaları və vergi borcları silinib. MSN-in tabeliyində olan müəssisələrin qaz, su və elektrik enerjisinə görə 2008-ci il aprelin 1-nə olan kreditor borclarının ödənilməsinin tənzimlənməsini nəzərdə tutan tədbirlər (o cümlədən dövlətin maliyyə dəstəyi hesabına) həyata keçirilməsi barədə də tapşırıq verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR