Bank Of Baku

Ötən ay Şirvan Şəhər Elektrik Şəbəkəsində “Elektrik enerjisindən istifadə qaydaları”nın pozulması ilə bağlı 336 fakt aşkar edilib

Ötən ay Şirvan Şəhər Elektrik Şəbəkəsində “Elektrik enerjisindən istifadə qaydaları”nın pozulması ilə bağlı 336 fakt aşkar edilib
# 29 iyul 2008 13:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-iyun aylarında Şirvan Şəhər Elektrik Şəbəkəsinin xidməti ərazisində ümumi gücü 1 MVA-ya yaxın olan 5 yeni transformator məntəqəsi istismara verilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən «Şirvan Regional Enerji Təchizatı» MMC-nin direktor müavini Nüsrət Əmikişiyevə istinadən bildirilib. Şəbəkədə aparılan yenidənqurma işləri ilə əlaqədar müxtəlif gərginlikli 20 km-dən artıq yeni elektrik verilişi xətti (EVX) çəkilib, 90 km-dən artıq xətt isə əsaslı və cari təmir edilib, 100-ə yaxın transformator məntəqəsində əsaslı və cari təmir işləri aparılıb, 120 transformator əsaslı təmir olunub.
Cari ilin iyun ayında şəbəkədə «Elektrik enerjisindən istifadə qaydaları»nın pozulması ilə bağlı 336 fakt aşkar edilib ki, bu da əvvəlki ayla müqayisədə 171 fakt azdır. Nəticədə 2,2 mln. kVt/saata yaxın itirilən elektrik enerjisinin istehlak dəyəri bərpa edilib.
Qeyd edək ki, cari ilin 6 ayı ərzində 3100-ə yaxın analoji fakt qeydə alınaraq 11,6 mln. kVt/saata yaxın itirilən elektrik enerjisinin istehlak dəyəri bərpa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR