Bank Of Baku

Ötən ay «Astara Enerji Qovşağı»nda 40,5 mln. kVt/saat elektrik enerjisi istehsal edilib

Ötən ay «Astara Enerji Qovşağı»nda 40,5 mln. kVt/saat elektrik enerjisi istehsal edilib
# 30 iyul 2008 11:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin iyun ayında «Astara Enerji Qovşağı»nda 35 mln. kVt/saata qarşı 40,5 mln. kVt/saat elektrik enerjisi istehsal edilib. «Azərenerji» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, cari ilin ilk 6 ayı ərzində 208 mln. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 mln. kVt/saat çoxdur.
İstehlakçıların 2008-2009-cu illərin payız-qış mövsümündə dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi, yarımstansiyaların vaxtında keyfiyyətlə təmirini yerinə yetirməklə onların maksimal enerji ötürmək imkanlarının artırılması, stansiyada elektrik enerjisinin istehsalına sərf olunan yanacağın istifadəsinin səmərəliliyinin yüksəldilməsi, enerjinin ötürülməsi və paylanmasında itkilərin azaldılması, elektrik enerjisinin istehsalında texnoloji prosesin aparılmasına sərf edilən elektrik enerjisinin miqdarının azaldılması, qəza açılmalarının sayının minimuma endirilməsi məqsədilə tədbirlər planı hazırlanıb. Artıq bu günə kimi nəzərdə tutulan bütün tədbirlər əsasən yerinə yetirilib və hazırda 110 kV və 35 kV-luq xətlərdə 10 dayaq dəyişdirilib, xətlərdəki 530-dan artıq zədəli izolyatorlar yeni tipli izolyatorlarla, 1 000 metr naqil isə yenisi ilə əvəz edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR