Bank Of Baku

Bu ilin iyun ayında Azərbaycanda elektrik enerjisindən istifadəyə görə ümumi yığım 82%-dən artıq olub

Bu ilin iyun ayında Azərbaycanda elektrik enerjisindən istifadəyə görə ümumi yığım 82%-dən artıq olub
# 30 iyul 2008 11:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyun ayında Regional Enerji Təchizat (RET) idarələri üzrə ümumilikdə 374,2 mln. kVt/saata yaxın, o cümlədən daimi əhali istehlakçı qrupu üzrə 103,9 mln. kVt/saat elektrik enerjisi istehlak edilib. «Azərenerji» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə isə bu göstəricilər uyğun olaraq 368,5 mln. kVt/saat və 103,5 mln. kVt/saat təşkil edib.
Cari ilin may ayında olduğu kimi, iyun ayında da Tərtər (102,1%) paylayıcı elektrik şəbəkəsi (PEŞ) 100%-lik nəticəni qoruyub saxlayıb. İyun ayında Goranboy (111,8%), Tovuz (106,8%), Şəmkir (104,3%) və Ucar (100,5%) PEŞ-ləri də yüz faizlik nəticə göstərib. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 5 PEŞ-də 90%-dən yuxarı göstəriciyə nail olunub.
Bu ilin iyun ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisinin istifadəsinə görə ümumi yığım 17%-ə yaxın artaraq 82%-dən artıq olub. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə ödəniş 79,4% olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2% çoxdur.
İstehlak etdikləri elektrik enerjisinin haqqını «Azərsu» ASC 23,3%, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 68,1%, büdcə təşkilatları isə 97,7% ödədiyindən Enerji Təchizatı İdarəsi üzrə ümumi ödəniş 82,2% olub. Göstərilən istehlakçılar tərəfindən tam ödəniş təmin edilsəydi, Enerji Təchizatı İdarəsi üzrə ümumi ödəniş 93%-ə yaxın olardı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR