Bank Of Baku

Türkiyənin ASELSAN şirkəti Azərbaycanda satış bazarını genişləndirməyi planlaşdırır

Türkiyənin ASELSAN şirkəti Azərbaycanda satış bazarını genişləndirməyi planlaşdırır
# 01 avqust 2008 08:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyənin ASELSAN şirkəti yaxın gələcəkdə bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda satış bazarını genişləndirməyi planlaşdırır. «APA-Economics»in məlumatına görə, bu barədə ASELSAN şirkətinin İdarə Heyətinin sədri Mehmet Çavdaroğlu bildirib. M. Çavdaroğlunun sözlərinə görə, ötən il ASELSAN xarici ölkələrə 22 mln. ABŞ dolları məbləğində satış həyata keçirib: «Bölgə ölkələrindən Azərbaycan və Qazaxıstan ASELSAN-ın ixracatında ilk yerlərdə dayanır. Bu sahədə fəaliyyətimiz təkcə tankların modernizasiyası ilə bitmir. Xəbərləşmə, komanda nəzarət, sərhəd təhlükəsizliyi sistemlərinin ehtiyacları ilə bağlı təlabatlar var». M. Çavdaroğlu onu da qeyd edib ki, rəhbərlik etdiyi şirkət bu yaxınlarda Azərbaycana manqa rabitə vasitələrinin satışını həyata keçirib.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda səfərdə olan Türkiyə Müdafiə Nazirliyinin müdafiə sənayesi müşaviri Murad Bayar bildirib ki, ASELSAN tərəfindən Azərbaycanda rabitə vasitələrinin istehsalının qurulması mümkündür. Gələcəkdə bu şirkət Azərbaycanda T-72 tanklarının modernizasiyasını həyata keçirə, bu tankların atış-kontrol sistemlərini yeniləşdirə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR