Bank Of Baku

Azərbaycan paytaxtında yaradılacaq neft muzeyinin dizayn-layihə konsepsiyası üzrə beynəlxalq müsabiqə komissiyasının iclası keçirilib

Azərbaycan paytaxtında yaradılacaq neft muzeyinin dizayn-layihə konsepsiyası üzrə beynəlxalq müsabiqə komissiyasının iclası keçirilib
# 02 avqust 2008 07:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) Bakıda yaradılacaq neft muzeyinin dizayn-layihə konsepsiyası üzrə beynəlxalq müsabiqə komissiyasının növbəti iclası keçirilib. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, iclasda Azərbaycanın “Region” Şirkətlər qrupunun, Fransanın “Setek Enginering” MMC, Avstriyanın “Hoffmann Architect”, ABŞ-ın “Bridgeborn” İnc və Yunanıstanın “Anamorphosis Architects” şirkətlərinin hazırladıqları layihələrə baxılıb.
Nümayiş etdirilmiş layihələrdə Neft Muzeyinin xarici görünüşünə fikir verilməklə yanaşı, Muzeyin ətrafında tədris korpusunun, açıq havada sərgi kompleksinin, mehmanxana və idman kompleksinin, ticarət mərkəzinin inşa olunması təklifləri də olub. Yaxın günlərdə təqdim edilən layihələr müzakirə edilərək, yekun qərar çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR