Bank Of Baku

Otuz bir ölkədən nümayəndələr Azərbaycan və Türkmənistanın neft və qaz potensialına həsr olunmuş konfransda iştirak etmək arzusunda olduğunu bildirib

Otuz bir ölkədən nümayəndələr Azərbaycan və Türkmənistanın neft və qaz potensialına həsr olunmuş konfransda iştirak etmək arzusunda olduğunu bildirib
# 04 avqust 2008 09:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari il sentyabrın 9-10-da «Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya. Əməkdaşlıq strategiyası» mövzusunda Bakıda keçirilməsi planlaşdırılan beynəlxalq konfransda 31 ölkədən 275 nümayəndə iştirak etmək arzusunda olduğunu bildirib. Bu barədə «APA-Economics»ə konfransın təşkilat komitəsindən məlumat verilib. Konfrans çərçivəsində keçiriləcək sərgidə Azərbaycan və Türkmənistanın energetika sektorunda fəaliyyət göstərən aparıcı şirkətləri öz layihələrini təqdim edəcək.
Konfransa Avrasiya regionu dövlətlərinin və digər maraqlı ölkələrdən nümayəndələr dəvətlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR