Bank Of Baku

Azərbaycanın Quba rayonunda modul tipli elektrik stansiyasının inşasına start verilib

Azərbaycanın Quba rayonunda modul tipli elektrik stansiyasının inşasına start verilib
# 04 avqust 2008 10:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Quba rayonunda modul tipli elektrik stansiyasının tikintisinə start verilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib. M. Əsgərovun sözlərinə görə, artıq stansiyanın özülünün inşasına başlanılıb: «Stansiyanın yerləşəcəyi ərazidə lazım olan infrastruktur formalaşdırılıb. Stansiyanın bu il ərzində tikilib istifadəyə verilməsi planlaşdırılır».
M. Əsgərovun sözlərinə görə, 104 MVt gücə malik olacaq stansiya şimal rayonlarının enerji dayanıqlılığının təmin edilməsində mühüm rol oynayacaq, həmçinin Qusar rayonunun ərazisində inşa ediləcək Qış İdman Turizm Kompleksini elektrik enerjisi ilə təmin edəcək. Bu məqsədlə ərazidə 2 ədəd 110 KV-luq elektrik verilişi xəttinin çəkilməsi də planlaşdırılır. Stansiyada Finlandiyanın «Wartsila» şirkətinin avadanlıqlarından istifadə olunur. Artıq avadanlıqların bir hissəsi əraziyə gətirilib.
Qeyd edək ki, 2006-2007-ci illərdə Azərbaycanda ümumi gücü 450 MVt olan 5 modul stansiya tikilərək istifadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR