Bank Of Baku

Azərbaycanın elektroenergetika sistemində SCADA/EMS proqramının tətbiqi 2010-cu ilədək tam başa çatdırılacaq

Azərbaycanın elektroenergetika sistemində SCADA/EMS proqramının tətbiqi 2010-cu ilədək tam başa çatdırılacaq
# 04 avqust 2008 10:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın elektroenergetika sistemində SCADA/EMS (Energy management sistem) proqramının ikinci mərhələsinin tətbiqi 2010-cu ilədək tam başa çatdırılacaq. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib. M .Əsgərovun sözlərinə görə, artıq bu məqsədlə qrafik tərtib olunub və işlərə başlanılıb. Layihəyə «Azərenerji»nin dispetçer xidmətinin yeniləşdirilməsi, enerji sisteminin etibarlığını artırmaq və enerjinin nəqli zamanı itkiləri azaltmaq məqsədilə sistem yaradan veriliş xətlərinin reabilitasiyası daxildir.
«Azərenerji» rəsmisi bildirib ki, proqramın ikinci mərhələsi çərçivəsində işləri icra edəcək baş podratçı kimi Fransanın «Areva» şirkəti seçilib.
Qeyd edək ki, Almaniyanın KfW Bankının maliyyəsi və «SİEMENS» şirkətinin həyata keçirdiyi birinci mərhələ bu ilin əvvəllərində başa çatdırılıb. Layihə çərçivəsində «SİEMENS» tərəfindən tərtib edilmiş «Sinaut-Spectrum» sisteminin real-vaxt idarəedici serverləri, arxiv serverləri, habelə telekontrol interfeysi və 3 işçi stansiya yeniləşdirilərək istifadəyə verilib.
Enerji sisteminin idarə edilməsi üçün 2-ci mərhələ Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilir. «Areva» şirkəti ilə «Azərenerji» arasında imzalanmış müqavilə çərçivəsində SCADA/EMS-in bütün əsas funksiyaları, o cümlədən əməliyyat sistemi və kompüter şəbəkəsinin yaradılması və zamanın sinxronlaşması, uzaq məsafədən idarə edilən (RTU) qurğuların yarımstansiyaya və stansiyalardan məlumat yığımına nəzarət, proqram təminatı, əməliyyat sistemi, telekommunikasiya, istifadəçi interfeyslərin işə salınması və digər funksiyalar yerinə yetiriləcək. «Azərenerji» ASC-nin telekommunikasiya və rabitə sistemi yenidən qurulacaq. Layihədə enerji sisteminin bütün obyektlərinə elektrik enerjisinin ötürülməsi, paylanması və sərfiyyatının dəqiq hesabatını aparmaq məqsədilə çox yüksək dəqiqlik sinfinə malik olan intellektual elektron qurğular alınacaq və Mərkəzi Sayğac Sistemi yaradılacaq.
Ümumilikdə, layihə çərçivəsində üç dispetçer məntəqəsinin qurulması nəzərdə tutulur. Bunlardan birinin əsas (hazırda «Azərenerji»nin inzibati binasında fəaliyyət göstərən), ikincisinin ehtiyat, üçüncüsünün isə regional mərkəz olacağı planlaşdırılır.
Layihəyə Dünya Bankı 48 mln. ABŞ dolları (8 ili güzəştli olmaqla 20 ilə, Libor+0,5%) kredit ayırıb. Azərbaycan hökumətinin payı 7 mln. dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR