Bank Of Baku

Azərbaycanın Füzuli rayonunda su elektrik stansiyasının tikintisi dayandırılıb

Azərbaycanın Füzuli rayonunda su elektrik stansiyasının tikintisi dayandırılıb
# 04 avqust 2008 11:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dövlət büdcəsindən vəsait ayrılmadığından Azərbaycanın Füzuli rayonunda inşa olunan su elektrik stansiyasının (SES) tikintisi dayandırılıb. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-dən məlumat verilib.
Səhmdar cəmiyyəti işlərin davam etdirilməsi üçün maliyyə vəsaitinin ayrılmasına dair hökumətə müraciət edib. Hazırda vəsaitin ayrılmasına dair hökumətin qərarı gözlənilir. «Azərenerji»dən bildirilib ki, SES-in 30 ay ərzində tikilib istifadəyə verilməsi planlaşdırılsa da, stansiyanın istifadəyə verilməsi ləngiyəcək.
Qeyd edək ki, SES Yuxarı-Mil Suvarma kanalı üzərində inşa olunur və gücü 50 MVt təşkil edəcək. Layihə çərçivəsində bəndin inşası, gücləndirici transformator və 110 kV-luq yüksək gərginlikli paylayıcı qurğulara malik 50 MVt-lıq su elektrik stansiyasının və həmçinin zəruri mühəndis kommunikasiyalarının (magistrala çıxan yollar, drenaj sistemi rabitə və s) tikintisi nəzərdə tutulur. Stansiyanın binasında hər birinin gücü 10 MVt olan 4 və hər birinin gücü 5 MVt olan 2 turbin yerləşdiriləcək. İstehsal edilən elektrik enerjisini enerji sisteminə ötürmək üçün 2 km-ə yaxın 110 kV-luq elektrik verilişi xətti çəkiləcək. Eyni zamanda «Böyük Haramı» və «Xələc» yarımstansiyalarını birləşdirən 110 kV-luq xətt yenidən qurulacaq. Bunlardan əlavə, 4 km uzunluğundan şlüz kanalı da çəkiləcək. Anbarda 4 mln. kub metr həcmində su ehtiyatı yığılacaq və elektrik enerjisinin orta illik istehsalı 180 mln. kVt/saat həcmində olacaq. Tikinti işləri Azərbaycanın «Azenko» şirkəti tərəfindən aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR