Bank Of Baku

Payız-qış mövsümünə hazırlıq çərçivəsində «Əhmədli» yarımstansiyasında daha bir transformator sistemə qoşulub

Payız-qış mövsümünə hazırlıq çərçivəsində «Əhmədli» yarımstansiyasında daha bir transformator sistemə qoşulub
# 05 avqust 2008 01:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. «Abşeron Yüksək Gərginlikli Elektrik Şəbəkəsi» MMC-də payız-qış mövsümünə hazırlıq çərçivəsində «Əhmədli» yarımstansiyasında quraşdırılan daha bir transformator sistemə qoşulub. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-dən məlumat verilib. İndiyə kimi həmin yarımstansiyada hər birinin gücü 63 MVt olan iki transformator işləyib. Belə ki, 40 MVA gücündə üçüncü transformatorun işə qoşulması elektrik enerjisinin ötürülməsində dayanıqlığı artırmaqla yanaşı, digər iki transformatorun yükünü yüngülləşdirib.
Bu yarımstansiya Bakı şəhərinin su təsərrüfatını qidalandıran, xüsusilə, nasos stansiyasına gedən hava xətləri ilə əlaqələnir. Burada aparılan işlər yalnız transformatorun quraşdırılması ilə məhdudlaşmayıb.
İş qrafikinə uyğun olaraq yaxın günlərdə 110 kV-luq «Qala» yarımstansiyasında rekonstruksiya işlərinin aparılması nəzərdə tutulur və bu məqsədlə əraziyə zəruri avadanlıqlar gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR