Bank Of Baku

ARDNŞ ötən ay 28 min 414 ton avtomobil benzini, 70 min 521 ton dizel yanacağı, 14 min 714 ton təyyarə yanacağı, 62 min 350 ton soba mazutu ixrac edib

ARDNŞ ötən ay 28 min 414 ton avtomobil benzini, 70 min 521 ton dizel yanacağı, 14 min 714 ton təyyarə yanacağı, 62 min 350 ton soba mazutu ixrac edib
# 04 avqust 2008 13:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin iyul ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən 28 min 414 ton avtomobil benzini, 70 min 521 ton dizel yanacağı, 14 min 714 ton təyyarə yanacağı, 62 min 350 ton soba mazutu ixrac edilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.
İxrac edilmiş avtomobil yanacağının həcmi iyun ayı ilə müqayisədə 3,15%, təyyarə yanacağı 0,9%, soba mazutu 52% çox, dizel yanacağı isə 31,5% az olub.
Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında 212 min 87 ton avtomobil benzini, 726 min 583 ton dizel yanacağı, 142 min 933 ton təyyarə yanacağı, 276 min 781 ton soba mazutu ixrac edilib.
İyul ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 1 090,27 dollar, təyyarə yanacağının 1 328,62 dollar, dizel yanacağının 1 204,11 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 737,32 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR