Bank Of Baku

Horadiz qəsəbəsinə qaz kəmərinin çəkilişi sentyabrın sonuna qədər başa çatacaq

Horadiz qəsəbəsinə qaz kəmərinin çəkilişi sentyabrın sonuna qədər başa çatacaq
# 05 avqust 2008 23:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Füzuli rayonunun Horadiz qəsəbəsinə qaz kəmərinin çəkilməsi sentyabrın sonuna qədər başa çatacaq. Bu barədə «APA-Economics»ə «Azəriqaz» QSC-dən məlumat verilib. Hazırda əraziyə borular gətirilib, kəmərin keçəcəyi ərazidə müvafiq hazırlıq işləri aparılıb. Eyni zamanda Horadiz qəsəbəsində binalara qazın verilməsi üçün infrastruktur yaradılır.
«Azəriqaz»dan verilən məlumata görə, Beyləqandan Horadizə qədər kəmərin keçdiyi ərazidəki yaşayış məntəqələri də qazla təchiz olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR