Bank Of Baku

Ötən ay Azərbaycanda 1,6 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib

Ötən ay Azərbaycanda 1,6 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib
# 05 avqust 2008 12:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin iyul ayında Azərbaycanın enerji sistemində 1,6 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-dən məlumat verilib. Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,4 mlrd. kVt/saata yaxın, su elektrik stansiyalarının (SES) payına isə 0,2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsalı düşüb. Bununla yanaşı ay ərzində Rusiya, İran, Türkiyə və Gürcüstanla enerji mübadiləsi davam etdirilib.
Cari ilin yanvar-iyul aylarında isə enerji sistemində 12,6 mlrd. kVt/saatdan artıq enerji istehsal edilib ki, bunun 10,9 mlrd. kVt/saata yaxını İES, 1,7 mlrd. kVt/saatdan artığı isə SES-lərin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR