Bank Of Baku

Ötən ay ARDNŞ dövlət büdcəsinə 118 722 min manat, Dövlət Sosial Müdafiə Fonduna isə 8 055 min manat vəsait ödəyib

Ötən ay ARDNŞ dövlət büdcəsinə 118 722 min manat, Dövlət Sosial Müdafiə Fonduna isə 8 055 min manat vəsait ödəyib
# 05 avqust 2008 14:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin iyul ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən dövlət büdcəsinə 118 722 min manat, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) isə 8 055 min manat vəsait ödənilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib. Cari ilin iyul ayında dövlət büdcəsinə aparılmış ödənişlər 2007-ci ilin müvafiq dövrünə nisbətən 7,7%, DSMF-yə ödənişlər isə 22,2% çoxdur.
Ümumilikdə, cari ilin ilin yanvar-iyul aylarında ARDNŞ tərəfindən dövlət büdcəsinə 701 718 min, DSMF-ə isə 56 544 min manat vəsaitin ödənilməsi təmin edilib ki, öz növbəsində bu da 2007-ci ilin eyni dövründən müvafiq olaraq 18,1% və 34,9% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR