Bank Of Baku

Bahar-Hövsan-Suraxanı qaz kəmərinin inşasında istifadə ediləcək boruların betonla örtülməsinə başlanılıb

Bahar-Hövsan-Suraxanı qaz kəmərinin inşasında istifadə ediləcək boruların betonla örtülməsinə başlanılıb
# 15 avqust 2008 18:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Səhmlərinin əsas hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus olan «Caspian Pipe Coatings» zavodunda Bahar-Hövsan-Suraxanı qaz kəmərinin sualtı hissəsinin inşasında istifadə ediləcək boruların betonla örtülməsinə başlanılıb.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, yüksək möhkəmliyə malik borular Almaniyanın «Mannesmann» şirkətinin istehsalıdır. Nəql zamanı boruların tozdan belə mühafizə edilməsi üçün onların hər iki ucu polietilen qapaqlarla örtülüb.
Zavodda betonla örtülən borular bir ay ərzində qurudulduqdan sonra qaynaq edilərək, «Süleyman Vəzirov» borudüzən gəmisi vasitəsilə dənizin dibinə endiriləcək. ABŞ və Almaniya istehsalı olan ən müasir avtomatik idarəetmə sistemi ilə təchiz edilən «Caspian Pipe Coatings» müəssisəsi gündə 2,3 km borunun betonla örtükləmə gücünə malikdir.
Xatırladaq ki, Bahar-Hövsan-Suraxanı qaz kəməri (20 düymlük) ARDNŞ-nin qaz proqramı üzrə 2008-ci ilin əsas buraxılış obyektlərindən biridir. Kəmər iki hissədən –sualtı və quru hissələrindən ibarət olacaq. Kəmərin 37 km-lik Bahar-Hövsan hissəsi dənizin dibi ilə, 12 km-lik Hövsan-Suraxanı hissəsi isə quruda çəkiləcək. Kəmər «Şimal» elektrik stansiyasını, eləcə də Bakı ətrafında yerləşən digər istehlakçıları qazla təmin edəcək. Kəmərin ötürmə qabiliyyəti sutkada 5 mln. kubmetrdir. Boru kəmərinin dəniz hissəsinin sifarişçisi «28 May» NQÇİ-dir. Kəmər «Günəşli» yatağında hasil edilən qazla doldurulacaq.
Qeyd edək ki, Bahar-Hövsan-Suraxanı qaz kəmərinin quru hissəsinin sifarişçisi isə ARDNŞ-in Qaz Əməliyyatları İdarəsidir. Boru kəmərinin layihəsi «Dənizneftqazlayihə» İnstitutunda işlənib. Baş podratçı rolunda «Neftqaztikinti» tresti çıxış edir. Kəmərin marşrutu boyunca dənizin dərinliyi 12-16 metr təşkil edir. İnşa işlərini aparacaq «Süleyman Vəzirov» gəmisi bu yaxınlarda təmirdən çıxıb və işə tam hazır vəziyyətdədir.
«Neftqaztikinti» Tresti isə yarım il əvvəl mürəkkəb sahil qurğularının inşasına başlayıb. Bura qazın qəbulu üçün iri qurğular, onun təmizlənməsi və qurudulması üçün separasiya sistemi, kondensatın yığılacağı rezervuarlar, nasos stansiyası daxildir. Qaz kəmərinin dəniz hissəsinin inşası bir aydan sonra başlanacaq. Eyni zamanda qurudakı xəttin çəkilişi həyata keçirilir. Yeni qaz kəməri bu ilin sonunadək istismara veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR