Bank Of Baku

Azərbaycan neftinin Gürcüstandan tranziti bu gün bərpa oluna bilər

Azərbaycan neftinin Gürcüstandan tranziti bu gün bərpa oluna bilər
# 18 avqust 2008 09:36 (UTC +04:00)
«Gürcüstanın Kaspi şəhəri yaxınlığındakı körpüdə iki gün öncə baş vermiş partlayışla bağlı Azərbaycan neftin tranziti dayandırılıb. Belə ki, həmin körpüdən dəmir yolu xətti keçirdi. Buna baxmayaraq, partlayan dəmir yolu xəttinə paralel digər dəmir yolu da mövcuddur. Məhz bu dəmir yolu vasitəsilə neftin Gürcüstan limanlarına nəqli bərpa oluna bilər», - deyə N.Əzməmmədov bildirib.
N.Əzməmmədov həmçinin qeyd edib ki, hazırda Gürcüstan tərəfi paralel dəmir yolunun nə vaxt istifadəyə verilməsini müəyyənləşdirir: «Paralel dəmir yolu birtərəfli olduğundan neftin nəqli bir qədər çətinləşəcək, lakin məhsul əvvəlki həcmdə yola salınacaq».
Qeyd edək ki, avqustun 16-da Tiflisdən 45 km aralıda yerləşən Kaspi şəhərində körpü partlayıb. Gürcüstanın Xarici İşlər Nazirliyi partlayışda Rusiyanı təqsirləndirsə də, rəsmi Moskva bu hadisəyə aidiyyəti olmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR