Bank Of Baku

Yanvar-iyul aylarında Azərbaycan İstilik Elektrik Stansiyasında 5,2 mlrd. kVt/saatdan çox elektrik enerjisi istehsal edilib

Yanvar-iyul aylarında Azərbaycan İstilik Elektrik Stansiyasında 5,2 mlrd. kVt/saatdan çox elektrik enerjisi istehsal edilib
# 18 avqust 2008 12:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycan İstilik Elektrik Stansiyasında (AİES) 5,2 mlrd. kVt/saatdan çox elektrik enerjisi istehsal edilib ki, bu da müvafiq proqnozdan 1,3 mln. kVt/saat çoxdur. «Azərenerji» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, təkcə ötən ay ərzində stansiyada 660 mln. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.
Bu ilin 7 aylıq , o cümlədən iyul ayının proqnoz göstəricilərinin artıqlaması ilə yerinə yetirilməsi nəticəsində müvafiq olaraq 10,5 min və 1,5 min ton şərti yanacağa, 4,3 mln. və 1,4 mln. kVt/saat elektrik enerjisinə qənaət edilib.
«Azərenerji»dən bildirilib ki, payız-qış mövsümü ilə əlaqədar olaraq hazırlıqla bağlı tədbirlər planı davam etdirilir. Belə ki, bu məqsədlə nəzərdə tutulmuş tədbirlərin müəyyən hissəsi atıq yerinə yetirilərək 1, 3 və 7 saylı enerji bloklarının orta təmiri başa çatdırılıb. Bundan başqa, 8 saylı enerji blokunda əsaslı təmir və 4 saylı enerji blokunda yenidənqurma işlərinin həyata keçirilməsinə başlanılıb.
Aparılan planlı təmir və yenidənqurma işləri nəticəsində stansiyanın enerji bloklarının texniki vəziyyətinin xeyli yaxşılaşacağı, texniki-iqtisadi göstəricilərinin yüksələcəyi və stansiyada təxminən 200-240 MVt həddində yük məhdudiyyətinin aradan qaldırılacağı gözlənilir.
Həmçinin, inşasına ötən ildən başlanılmış 1 və 2 saylı tüstü borularının tikintisi birinci rübdə başa çatdırılıb və tutmu 20 min kubmetr olan 6 ehtiyat mazut çəninin quraşdırılması istiqamətində işlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR