Bank Of Baku

ABƏŞ yanvar-iyul aylarında neft hasilatını 12% artırıb

ABƏŞ yanvar-iyul aylarında neft hasilatını 12% artırıb
# 18 avqust 2008 15:47 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda ümumilikdə 27,713 mln. ton neft hasil olunub ki, bu da ötən ilin analoji 7 aylıq göstəricisindən 11,6% çoxdur. Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇQ) yataqlarının işlənməsi ilə məşğul olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) hesabat dövründə 22,644 mln. ton neft hasil edib və bu, ötən ilin yanvar-iyul aylarına nisbətən 14,9% çoxdur.
ABƏŞ-dən «APA-Economics»ə verilən məlumata görə, konsorsiumun hasil etdiyi neftin həcmindən 3,587 mln. ton «Çıraq» yatağının payına düşür ki, burada hasilatın səviyyəsi 3,8% azalıb. Təkcə iyulda bu yataqda neft hasilatı 535,1 min ton təşkil edib.
Bununla yanaşı, «Azəri» yatağında neft hasilatı ötən ilin yanvar-iyul aylarına nisbətən 17% artaraq 18,37 mln. tona çatıb. Bunun isə 2,828 mln. tonu iyul ayının payına düşür.
Cari ilin aprel ayından etibarən həmçinin «Günəşli» yatağının dərinsulu hissəsindən hasilat işləri aparılır. Nəticədə, son 4 ay ərzində burada 687,141 min ton neft hasil olunub və bunun 298,757 min tonu iyulun payına düşüb.
Qeyd edək ki, təhlil olunan dövr ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 5,069 mln. ton və ya ötən ildəkindən 1,3% az neft hasil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR