Bank Of Baku

Azərbaycan yanvar-iyul aylarında neft ixracını 21% artırıb

Azərbaycan yanvar-iyul aylarında neft ixracını 21% artırıb
# 18 avqust 2008 16:02 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ABƏŞ tərəfindən 21,487 mln. ton neft ixrac olunub və bu, 2007-ci ilin yanvar-iyul aylarına nisbətən 23,4% çoxdur.
Təhlil olunan dövrdə ötən il olduğu kimi, Bakı-Supsa boru kəməri ilə neftin nəqli aparılmayıb.
Dəmir yolu nəqliyyatı ilə Gürcüstanın Qara dəniz sahilində yerləşən Batumi limanına isə 0,574 mln. ton və ya 2007-ci ilin ilk 7 ayında olduğundan 23,4% az neft ixrac olunub.
Hesabat dövründə Bakı-Novorossiysk boru kəməri ilə də konsorsium tərəfindən neftin nəql aparılmayıb. ARDNŞ isə öz növbəsində şimal marşrutu ilə 813,1 min ton neft ixrac edib. Ötən il ilə müqayisədə neftin ixracı 2 dəfədən çox azalıb.
Qeyd edək ki, yanvar-iyul aylarında Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri ilə 20,913 mln. ton neft nəql edilib və bu, əvvəlki ilin eyni göstəricisini təxminən 30,5% üstələyir.
Xatırladaq ki, 2007-ci il ərzində Azərbaycandan ümumilikdə 30,579 mln. ton həcmində neft ixrac olunub və bu, 2006-cı ilin analoji göstəricisi ilə müqayisədə 35,9% çoxdur. Ötən il ABƏŞ tərəfindən 2006-cı ilə nisbətən 40,4% çox və ya 29,350 mln. ton neft ixrac olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR