Bank Of Baku

İlin əvvəlindən «Neft Daşları»nda 20 yeni quyu qazılıb

İlin əvvəlindən «Neft Daşları»nda 20 yeni quyu qazılıb
# 18 avqust 2008 16:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) «Neft Daşları» yatağında Qazma İşləri İdarəsinin balansına 20 yeni quyu təhvil verib.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu yaxınlarda 1 887 saylı platformadan yeni 1898 №-li quyu istismara verilib. Quyu 2 650 metr dərinlikdən sutkada fontanla 25 ton neft və 37 min kubmetr qaz verir. Quyunun istismarının optimal rejiminin təyin edilməsi üçün araşdırma işləri davam etdirilir. 36 quyunun qazılması üçün nəzərdə tutulmuş beş bloklu 1 887 saylı neft-qaz platforması 2006-cı ildə istismara verilib. Ötən iki il ərzində platformadan 13 quyu qazılıb ki, bunlardan da 257 min ton neft əldə edilib. Bu ilin sonunadək burada daha iki quyunun istismara verilməsi planlaşdırılıb. Ümumilikdə isə ötən 7 ay ərzində «Neft Daşları» NQÇİ tərəfindən Qazma İşləri İdarəsinin balansına 20 yeni quyu təhvil verilib. Onlardan 15-i artıq xəttə qoşulub. Qalanları isə qazma dəzgahları digər nöqtələrə ötürüldükcə qoşulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR