Bank Of Baku

«Azəri-Çıraq-Günəşli» yataqlar blokunda orta gündəlik neft hasilatı 841,2 min barelə çatıb

«Azəri-Çıraq-Günəşli» yataqlar blokunda orta gündəlik neft hasilatı 841,2 min barelə çatıb
# 19 avqust 2008 07:36 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda neft hasilatının orta gündəlik səviyyəsi 2008-ci ilin iyul ayında 841,169 min barel təşkil edib. Bu barədə «APA-Economics»ə «Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi layihəsinin operatoru olan «BP-Azerbaijan» şirkətindən məlumat verilib.
Hesabat dövründə «Çıraq-1» platformasında gündəlik orta hesabla 124,801 min barel, «Azəri»də isə 668,624 min barel neft hasil olunub. Cari ilin aprel ayından hasilat prosesinə cəlb olunan «Günəşli» yatağının dərinsulu hissəsində isə orta hesabla gündə 47,839 min barel neft çıxarılıb.
Qeyd edək ki, 2007-ci ildə «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda neft hasilatının orta gündəlik səviyyəsi 685,5 min barelə bərabər olub. Belə ki, «Çıraq-1»dən gündə orta hesabla 132,406 min barel, «Azəri»dən isə 553,092 min barel neft şasil edilib.
«BP-Azerbaijan» şirkətinin proqnozlarına əsasən, 2008-ci ildə «Çıraq-1» platformasından gündəlik orta hesabla 134 min barel, «Mərkəzi Azəri»dən 243,5 min barel, «Qərbi Azəri»dən 235,3 min barel, «Şərqi Azəri»dən 144,4 min barel, dərinsulu «Günəşli»dən isə 82,8 min barel neftin hasil olunacağı proqnozlaşdırılır.
Müqayisə üçün bildirək ki, 2006-cı ildə bu yataqlardan ümumilikdə gündəlik orta hesabla 472 min barel neft hasil olunub.
Xatırladaq ki, «Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR