«BP-Azerbaijan»: «BTC-nin fəaliyyəti tam bərpa olunub»
25 avqust 2008 13:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda hasil olunan neftin Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə nəqli tam bərpa olunub. Bu barədə «APA-Economics»ə hasilat işləri ilə məşğul olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) operatoru «BP-Azerbaijan» şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlı məlumat verib.
«Ötən həftədən boru kəməri sınaqdan keçirilərək neft məhdud həcmdə və arabir nəql olunurdu. Lakin arıq BTC normal iş rejimində işləyir. Bundan başqa neftin hasilatı da günü-gündən artırılır», - deyə T.Bayatlı vurğulayıb.
Qeyd edək ki, avqustun 6-da səhər saatlarında BTC-nin Türkiyə hissəsində boru kəmərinin 30-cu siyirtmə qurğusunda yanğın baş verib. Nəticədə, neftin nəqli dayandırılıb.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında BTC kəməri ilə 20,913 mln. ton neft nəql edilib və bu, əvvəlki ilin eyni dövrünün analoji göstəricisini təxminən 30,5% üstələyir.
Ümumilikdə isə, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 22,3 mln. ton həcmində neft ixrac olunub ki, bu da 2007-ci ilin analoji 7 aylıq göstəricisi ilə müqayisədə 20,6% çoxdur.

Sənaye və energetika
Mərkəzi Bank: Bank sektorunun valyuta mövqeyi prudensial tələblər çərçivəsindədir
12:34
18 may 2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşıb
10:41
18 may 2024
Dünya bazarlarında neftin qiyməti 84 dollara yaxınlaşıb
09:29
18 may 2024
“Romgaz” şirkəti Moldovaya qaz tədarükü üçün lisenziya almaq niyyətindədir
17:29
17 may 2024