Sabah AEBA nümayəndə heyəti Azərbaycana gəlir

Sabah AEBA nümayəndə heyəti Azərbaycana gəlir
# 01 sentyabr 2008 16:25 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Sabah Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndə heyəti Bakıya səfər edəcək. Bu barədə APA-ya nümayəndə heyətinin üzvü, AEBA-nın Azərbaycanda həyata keçirdiyi layihələr üzrə nümayəndəsi Andrey Çupov məlumat verib. Üç gün davam edəcək səfər çərçivəsində tərəflər onkoloji mərkəzdə həyata keçirilən layihələri və gələn il üçün görüləcək işləri müzakirə edəcəklər. Bundan başqa tərəflər Azərbaycanda atom reaktorunun tikintisi imkanlarını nəzərdən keçirəcəklər. Çupovun sözlərinə görə, hazırda AEBA və Azərbaycan nüvə və reaktor sferasında çalışacaq kadrların yığımını və onlara təlim keçirilməsini planlaşdırır. Bu istiqamətdə ən aktual məsələlərdən biri Azərbaycanda radiasiya və nüvə təhlükəsizliyini tənzimləyəcək dövlət orqanının yaradılmasıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR