İsmayıllının iki kəndinə təbii qaz verilişi bərba edilib
02 sentyabr 2008 22:30 (UTC +04:00)
İsmayıllı. Şahnəzər Bəşirov-APA. Sentyabrın 2-də İsmayıllı rayonunun Göytəpə və 2-ci Yeni yol kəndlərinə təbii qaz verilişi bərpa edilib. APA-nın Şirvan bürosunun məlumatına görə, kəndlərə 1984-cü ildə verilən təbii qaz 1996-cı ildən kəsilib. Yararsız hala düşən, ümumi uzunluğu 14 kilometr olan qaz kəmərləri “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bərpa olunub. İki kəndin 500-dən çox sakini təbi qazdan istifadə edəcək. Bu il ərzində İsmayıllı rayonunun Hacı Ətəmli, Ustal Qışlaq, Molla İsaqlı, Quba Xəlilli kəndlərinə də təbii qaz verilib. İlin sonuna kimi rayonun daha 6 kəndinə təbii qaz veriləcək.
Sənaye və energetika
Türkiyə növbəti atom elektrik stansiyasının tikintisində iştirak payını artıracaq
12:06
2 may 2024
“Azərbaycan Respublikasının enerji balansı” elektron məlumat bazası yaradılacaq
10:25
2 may 2024
Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət qaydası təsdiqlənib
10:18
2 may 2024
ABŞ-ın kommersiya neft ehtiyatları 460 mln. bareli ötüb
09:49
2 may 2024