Bank Of Baku

“Gürgan-dəniz” yatağında daha bir quyu istismara daxil edib

“Gürgan-dəniz” yatağında daha bir quyu istismara daxil edib
# 12 sentyabr 2008 13:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. “Abşeronneft” NQÇİ “Gürgan-dəniz” yatağında yeni 212 nömrəli quyunu istismara daxil edib. Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

“Neft Daşları” Qazma İşləri İdarəsinin qazdığı quyu Qirməki dəstəsindən 2786-2793 metr aralığından sutkada 15 ton neft verir. “Gürgan-dəniz” yatağının işlənməsinə 1947-ci ildə başlanılıb. Burada işlər “Neft Daşları” ilə eyni üsulla, dənizin üzərindən uzanan estakadaların tikintisi yolu ilə həyata keçirilib. Yataqda istismarda olan 121 quyunun hər birinin debiti 80-100 ton olub.

Qeyd edək ki, ötən 40 il ərzində yataqdan 7,2 mln. ton neft, 600 mln. kubmetr səmt qazı hasil edilib. Estakada tamamilə sıradan çıxdığına görə 1989-cu ildə “Gürgan-dəniz” yatağında hasilat dayandırılıb. Buna baxmayaraq, yataqda kifayət qədər çıxarılabilən neft ehtiyatları qalıb. Bu səbəbdən ARDNŞ və “Azneft” İB-nin rəhbərliyi yenidən yatağa diqqət yetirib. Ötən 6 il ərzində aşağı horizontlara 5 quyu qazılıb. Bu günlərdə altıncı -213 nömrəli sonuncu quyunun qazılmasına hazırlıq gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR