Kulevi Neft Terminalı Gürcüstanda bərpa etdiyi 6 dəmiryol xəttinin 3-nü oktyabrda istifadəyə verəcək
Kulevi terminalının mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, dəmir yollarında təmir işləri ötən ayın əvvəlində başlayıb və artıq 2-3 həftədən sonra üç xətt istismara veriləcək. Ümumilikdə, təmiri nəzərdə tutulan dəmir yol xətlərinin uzunluğu 5 km-ə yaxındır. Bundan başqa, Kulevi Neft Terminalı Senakidə (Gürcüstan) «Kərpiç zavodu» adlanan stansiyaya gedən 870 metrlik dəmir yol xəttinin təmirini də öz üzərinə götürüb. Eyni zamanda, terminal tərəfindən Xobi rayonunda uzunluğu 870 metr olan dəmir yol xətti də bərpa ediləcək.
Bütün bunlar terminala daşınan idxal neftin nəqletmə həcmini artırmaq üçün nəzərdə tutulub. İnşası planlaşdırılan 6 dəmir yol xətti işə düşəndən sonra vaqonların stansiyalarda qəbul edilib yola salınması daha da asanlaşacaq. Bundan əlavə Poti (Gürcüstan) yaxınlığında yerləşən «Caladidi» stansiyasında əlavə 2 xəttin tikilməsi və «Caladidi»dən «Kolxeti» stansiyasına qədər olan məsafədə yeni xəttin çəkilməsi üçün geoloji işlər aparılır.
Qeyd edək ki, gürcü mütəxəssisləri tərəfindən inşa ediləcək dəmir yol xətlərinin maliyyə dəstəyini neft terminalı öz üzərinə götürub.
Xatırladaq ki, Kulevi terminalı bu ilin mayın 16-da istifadəyə verilib. Kulevi terminalında eyni zamanda yük boşaldılması üçün 168 vaqon-sistern qəbul etmək mümkündür. Rezervuar parkının ümumi həcmi 320 min kubmetr təşkil edir. Liman tutumu 100 min tonadək olan tankerləri qəbul etmək iqtidarındadır.
İlkin mərhələdə terminal ildə 10 mln. tonadək neft məhsulu qəbul edə biləcək. İki il ərzində buraxılış qabiliyyəti ildə 15-20 mln. tonadək, rezervuar parkının həcmi isə 380 min kubmetrədək artırıla bilər.
Kulevi terminalının tikintisinə 2000-ci ilin yazından Gürcüstan dəmir yolu və Avstriyanın «Argomar Oil» şirkəti başlayıb. Tikinti işləri 2002-ci ildə maliyyə problemləri səbəbindən dayandırılıb. Lakin 2004-cü ilin sentyabrında beynəlxalq konsorsium yaradılıb və «Argomar Oil»la yanaşı, bura bir sıra gürcü və xarici biznesmenlər daxil olub. ARDNŞ isə 2007-ci ilin əvvəlində terminalı bu konsorsiumdan satın alıb.
Xəbər Lenti
DÇ-2026: Fil Dişi Sahili 3 xal qazanıb
Vens: ABŞ-İran razılaşması Yaxın Şərqi növbəti 50 il ərzində dəyişə bilər
İran-ABŞ memorandum layihəsinin yeni detalları məlum olub
İran Milli Təhlükəsizlik Şurası: İrana tətbiq edilən dəniz blokadası dərhal ləğv ediləcək
Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub
DÇ-2026: Niderland- Yaponiya 2:2
Tramp: İranla müqavilə artıq uğurla tamamlanıb, hər kəsi təbrik edirəm - YENİLƏNİB
ABŞ və İran arasında razılaşma əldə edilib, rəsmi imzalanma 19 iyunda İsveçrədə olacaq
İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3783 nəfərə çatıb
Prezident İlham Əliyev: Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan-ABŞ münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırıb
Prezident İlham Əliyev: Orta Dəhlizin bir hissəsi olacaq TRIPP-i regionda davamlı sülhün və əməkdaşlığın inkişafına əlavə töhfə kimi görürük
Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
Prezident İlham Əliyev 80 illik yubileyi münasibətilə ABŞ prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
DÇ-2026: Almaniya mundialın debütantını darmadağın elədi
Egey dənizinin qərbində 5 bal gücündə zəlzələ olub
Paşinyan: Ermənistandan qaçmağı xəyal edəcəksiniz, amma bu fürsətiniz olmayacaq
Robert Köçəryanın Ermənistanı tərk etməsinə imkan verilməyib
Zelenski Trampla yaxın günlərdə görüşlə bağlı razılığa gəlib
Vens: Tramp hələ mənimlə prezidentliyə namizədliyimi müzakirə etməyib
Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ ilə dialoqu davam etdirmək qərarına gəldi
Tramp: ABŞ-İran sazişi yaxın üç saat ərzində imzalanacaq
Tramp və Putin arasında telefon danışığı olub
İsrailin Livana zərbələrindən sonra İran-ABŞ arasındakı sülh razılaşmasının tarixi qeyri-müəyyən olaraq qalıb
Tramp və Zelenski arasında telefon danışığı olub
Tramp: “Beyruta hücum olmamalı idi, xüsusilə də İranla sülh sazişinə yaxın olduğumuz xüsusi bir gündə”
Fransa müdafiə məqsədi ilə yeni nüvə raketi hazırlayır
Ermənistanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini açıqlayıb
Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib - FOTO
FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yayıb
Hikmət Hacıyev Ermənistana səfər edib, Armen Qriqoryanla görüşüb
Avropa liderləri G7 sammitində Trampla görüşüb Ukraynaya dəstək məsələsini müzakirə edəcək
2026 Dünya Kuboku ABŞ iqtisadiyyatına 17 milyard dollar gəlir gətirə bilər
İsveçrəlilər əhalinin 10 milyon nəfərlə məhdudlaşdırılması təşəbbüsünü rədd ediblər - YENİLƏNİB
İsrail şimal bölgəsinə edilən dron hücumlarına cavab verdiyini açıqlayıb
İran-ABŞ arasındakı razılaşma layihəsində yeni təkliflər var
Almaniya Avropanın ən güclü ordusunu qurmağa hazırlaşır
Nyu-Yorkda çempionluq sevinci faciə ilə nəticələnib, Tayms meydanında yeniyetmə güllələnib - FOTOLENT
ABŞ və İran arasında virtual sülh razılaşmasında Vens və Qalibaf iştirak edəcək
25 avtomobil yolunda sel suları nəticəsində zədələnmiş infrastrukturun bərpası aparılır - VİDEO
Zelenski: “Ukrayna dronları Rusiyada neft obyekti və "Azot" zavodunu vurub”
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
Hizbullah son 24 saatda İsrailə qarşı 22 hücum həyata keçirib
AZAL: Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
Nizami rayonunda 30 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - VİDEO
KİV: Fon der Lyayen Kallasla münaqişəyə görə islahatlara başlayır