Gələn ay Azərbaycanın ən iri modul tipli elektrik stansiyası istifadəyə veriləcək
17 sentyabr 2008 10:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı yaxınlığında inşa olunan Səngəçal Elektrik Stansiyası bu ilin oktyabr ayında istismara veriləcək. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.
M.Əsgərovun sözlərinə görə, hazırda stansiyada sınaq-test işləri aparılır.
Gücü 300 MVt olan stansiya Abşeron yarımadasının enerji təchizatında mühüm rol oynayacaq. Modul tipli Səngəçal stansiyası həm qaz, həm də dizel yanacağı ilə işləyəcək. Bu, Azərbaycanda 2006-2008-ci illərdə inşa edilmiş modul tipli stansiyalar arasında gücünə görə ən böyük analoji obyektdir.
Qeyd edək ki, 2006-2008-ci illərdə Azərbaycanda ümumi gücü 450 MVt olan 5 modul tipli elektrik stansiyası istifadəyə verilib. Hazırda Quba rayonunda gücü 104 MVt olan yeni stansiyanın tikintisi gedir.
Stansiyaların inşasında Finlandiyanın «Wartsila» şirkətinin avadanlıqlarından istifadə edilir.

Sənaye və energetika
Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsi üzrə Memorandum imzalayıb
18:23
1 may 2024
AMB Azərbaycan nefti və qazının qiymətləri üzrə proqnozunu açıqlayıb
11:19
1 may 2024
Azərbaycan nefti cüzi ucuzlaşıb
09:09
1 may 2024
Sabah Bakı və Zaqatalanın bir hissəsində qaz kəsiləcək
18:59
30 aprel 2024