Bank Of Baku

Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının Azərbaycana elə bir ciddi təsiri yoxdur

Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının Azərbaycana elə bir ciddi təsiri yoxdur
# 20 sentyabr 2008 08:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının Azərbaycana elə bir ciddi təsiri yoxdur. «APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib: «Biz istərdik ki, neftin qiyməti optimal səviyyədə qalsın. Nə çox yuxarı qalxsın, nə də aşağı ensin. Bu optimal səviyyə 1 barrel neft üçün 80-110 dollar arası hesab oluna bilər».

R. Abdullayevin sözlərinə görə, düna bazarında neftin qiyməti sürətlə balaşdıqca, digər məhsulların, mal, iş və xidmətlərin də qiymətləri qalxır. Bu isə öz növbəsində xərclərin sürətli artımını şərtləndirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR