Bank Of Baku

Azərbaycan Xəzərə Avropa istehsalı olan daha iki gəmi gətirib

Azərbaycan Xəzərə Avropa istehsalı olan daha iki gəmi gətirib
# 25 sentyabr 2008 13:43 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə qeyd olunub ki, bununla da Alyansın son 6 ildə Xəzər dənizinə gətirdiyi gəmilərin sayı 10-a çatıb. Həmin gəmilərin alınmasına ümumilikdə təqribən 250 mln. ABŞ dolları xərclənib.
Ən müasir avadanlığa malik olan «Caspian Qala» təchizat gəmisi Norveçin «SİMEK» zavodunda inşa edilib. Gəmi Dinamik Tarazlaşma – DP2 sistemi ilə təmin olunub. Gəminin yük göyərtəsi 680 kv. metr, göyərtəyə yükgötürmə qabiliyyəti 1 500 tondur. Hollandiyanın «DAMEN» zavodunda inşa edilən «Caspian Briz» gəmisi isə yüksək sürətli təchizat-sərnişin gəmisidir. Sürəti 28 uzel olan bu gəmi 50 nəfər sərnişinlə bərabər, göyərtəsində 40 ton yük daşımaq imkanına malikdir. Yeni gəmilərdə çalışanların təxminən 90-95%-ni yerli mütəxəssislər təşkil edir. Hər iki gəmi «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» dəniz yataqlarında yerləşən platformalara xidmət göstərəcək.
Qeyd edək ki, hazırda Xəzər Dəniz Neft Donanması-«BYUİ Caspian» Alyansı tərəfindən 16 gəmi istismar olunur. Onlardan 6-sı 1980-ci illərdə inşa edilən ARDNŞ-in öz gəmiləri, 10-u isə Alyans tərəfindən Xəzərə gətirilən yeni gəmilərdir.
Təqdimat mərasimində iştirak edən ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, yaxın 2 il ərzində Alyans daha 3 yeni gəmini Azərbaycana gətirməyi planlaşdırır: «Neft strategiyasının həyata keçirilməsi imkan verir ki, Xəzərə yeni və müasir gəmilər gətirək. Bu gəmilər uzunmüddətli müqavilə ilə BP şirkətinə icarəyə verilib».
R.Abdullayev bildirib ki, ARDNŞ-da hazırlanan proqrama əsasən, Xəzər Dəniz Neft Donanmasına məxsus gəmilərin yeniləşdirilməsi həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR