Bank Of Baku

«Bakıelektrikşəbəkə» avqustda aldığı elektrik enerjisinin haqqını 85% səviyyəsində ödəyib

«Bakıelektrikşəbəkə» avqustda aldığı elektrik enerjisinin haqqını 85% səviyyəsində ödəyib
# 26 sentyabr 2008 10:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Bakıelektrikşəbəkə» ASC bu ilin avqust ayında «Azərenerji» ASC-dən aldığı elektrik enerjisinin haqqını 84,7%, «Sumqayıtelektrikşəbəkə» ASC 72,5%, Regional Enerji Təchizatı İdarəsi isə (ötən ayların debitor borcları nəzərə alınmaqla) 104,9% səviyyəsində ödəyib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, cari ilin yanvar-avqust ayları ərzində istehlak etdikləri elektrik enerjisinin dəyərini «Bakıelektrikşəbəkə» 77,2%, «Sumqayıtelektrikşəbəkə» 73,4%, Regional Enerji Təchizatı İdarəsi isə 90,1% ödəyib.
Bundan başqa, cari ilin 8 ayı ərzində sərf etdikləri elektrik enerjisinin dəyərini «Azərsu» 18,7%, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə 48,9% səviyyəsində ödəyib. Adıçəkilən qurumlar öhdəliklərini tam yerinə yetirsəydi ümumi ödəniş 95,7%-ə çata bilərdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR