Bank Of Baku

Azərbaycanda neft hasilatı 10 ildən sonra azalacaq

Azərbaycanda neft hasilatı 10 ildən sonra azalacaq
# 10 oktyabr 2008 09:24 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Dövlət Neft Şirkətinin əməliyyat idarəsinin rəis müavini Vidadi Rüstəmov Qazaxıstanda keçirilən beynəlxalq neft və qaz konfransında deyib.
«Azərbaycanda 2018-ci ildə maye karbohidrogen hasilatı təxminən 45-50 mln. ton həcminə düşəcək. «Azəri-Çırag-Günəşli» strukturunda isə hasilat həcminin 35-40 mln. tona düşəcəyi gözlənilir», - deyə şirkət rəsmisi vurğulayıb.
Məlumat üçün qeyd edək ki, bu il Azərbaycanda neft hasilatı həcminin 50-52 mln. ton, 2015-ci ildə isə 60 mln. ton olacağı proqnozlaşdırılır. Bu proqnozlar «Azəri-Çırag-Günəşli» strukturunun ehtiyatları əsasında hesablanıb. Bundan başqa Azərbaycanda imzalanmış digər 20-dən artıq beynəlxalq kontrakt üzrə aparılacaq işlər nəticəsində hasilatın daha da artacağı gözlənilir.
Şirkətin strateji planları barədə danışan V.Rüstəmov 2018-ci ilə qədər investisiya dəyəri 4 mlrd. ABŞ dolları olan müasir standartlara uyğun neftayırma zavodu inşa olunacağını və bunun ildə 15 mln. ton Qazaxıstan nefti emal edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR