Bank Of Baku

Azərbaycanın «Neft Daşları» yatağında yeni neft quyusu istismara verilib

Azərbaycanın «Neft Daşları» yatağında yeni neft quyusu istismara verilib
# 10 oktyabr 2008 15:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün «Neft Daşları» yatağındakı 1887 nömrəli platformada 13-cü quyu istismara verilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Quyu 2409 metr dərinlikdən sutkada 45 ton neft verir. Ümumilikdə isə bu platformadan rezervuarlara gündə 300 ton yüksək keyfiyyətli neft ötürülür. Qazma işləri 2 qazma dəzgahı vasitəsilə «Bayıl Limanı» Kompleks Qazma İşləri İdarəsinin Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən aparılır. İlin sonunadək daha 1 quyunu təhvil vermək planlaşdırılıb. Layihə üzrə 1887 nömrəli platformadan 36 quyu qazılmalıdır ki, ümumilikdə həmin quyulardan sutkada 1 000 ton neft əldə edilməlidir.
Qeyd edək ki, oktyabr ayının 1-nə ARDNŞ-in istismar quyu fondu 6 053 ədəd təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR