Bank Of Baku

Azərbaycan və Türkiyə qazın tranzitinə dair saziş hazırlayır

Azərbaycan və Türkiyə qazın tranzitinə dair saziş hazırlayır
# 17 oktyabr 2008 13:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkədə hasil olunan təbii qazın Avropaya tranzitinin konseptual prinsiplərinə dair Türkiyə ilə danışıqlara başlayıb. «APA-Economics»in məlumatına əsasən, bunu oktyabrın 14-16-da Moskvada keçirilən «MDB və Xəzər regionunda neft və qazın nəqli» beynəlxalq konfransında ARDNŞ prezidentinin müşaviri Murad Heydərov bildirib.
M.Heydərovun sözlərinə görə, Azərbaycan qazının Avropaya nəqli üçün ən perspektivli tranzit regionlardan biri Türkiyədir. Hazırda Azərbaycan Türkiyəyə qaz ixrac edir və buradan 2007-ci ildə istismara verilən boru kəməri ilə bunun kiçik bir hissəsisi Yunanıstana ötürülür. Lakin bu qaz həcminin Yunanıstana satışı Azərbaycan tərəfindən birbaşa aparılmır. «Çünki Azərbaycanın Türkiyə ilə tranzit sazişi yoxdur. Biz 2009-cu ilə böyük ümidlər bağlayırıq. Söhbət Türkiyə ərazisindən tranzit üçün haqların əldə edilməsi və Yunanıstanla alqı-satqı haqqında sazişin bağlanmasından gedir, çünki yunanlar da qazı birbaşa almaqda maraqlıdır», - deyə ARDNŞ rəsmisi vurğulayıb.
M.Heydərov vurğulayıb ki, ilkin mərhələdə Yunanıstana tranzit üçün ARDNŞ-in və «Azəri-Çıraq-Günəşli» yataqlarından hasil olunan qazdan, sonrakı mərhələdə isə «Şahdəniz II» qazından istifadə oluna bilər.
Xatırladaq ki, Yunanıstanın inkişaf naziri Xristos Folias bu yaxınlarda bildirib ki, artıq Azərbaycan tərəfi ilə qazın tranzitinə dair ilkin razılıq əldə olunub və nəqletməyə 2009-cu ilin aprel ayından başlana bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR