Bank Of Baku

OPEC neft hasilatını noyabrın 1-dən azalda bilər

OPEC neft hasilatını noyabrın 1-dən azalda bilər
# 18 oktyabr 2008 08:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Neft İxracatçı Ölkələri Təşkilatı (OPEC) fövqəladə iclasını vaxtının dəyişib. “APA-Economics”in məlumatına görə, noyabrın 18-nə planlaşdırılan iclas oktyabrın 24-nə keçirilib. Bunun səbəbi neft bazarlarında qeyri-sabitlik və ona qarşı tədbirlər planının müzakirəsinin zəruriliyidir.

Qeyd edək ki, dünya bazarlarında neftin qiyməti son vaxtlar kəskin düşüb və bu tendensiya davam edir. Buna görə, OPEC-in fövqəladə iclasında neft hasilatının noyabrın 1-dən azaldılmasına dair qərar qəbul edəcəyi gözlənilir. Azalmanın həcmi gündə 1-1,5 mln. barel səviyyəsində proqnozlaşdırılır.

Qeyd edək ki, sentyabr ayında OPEC-in gündəlik hasilatı 32,16 mln. barel təşkil edib, bu isə avqustun göstəricisindən 310 min. barel azdır.

Avropa ölkələri, xüsusən Böyük Britaniya isə OPEC-in gözlənilən qərarına mənfi reaksiya verib. Bu isə başa düşüləndir. Çünki nefti idxal edən ölkələr üçün neft hasilatın azalması və nəticədə neftin bahalaşması əlverişli deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR