Bank Of Baku

Bakı-Tiflis-Ceyhan boru kəməri ilə il ərzində daşınacaq Qazaxıstan neftinin həcmi 3 milyon ton artırılıb

Bakı-Tiflis-Ceyhan boru kəməri ilə il ərzində daşınacaq Qazaxıstan neftinin həcmi 3 milyon ton artırılıb
# 18 oktyabr 2008 10:32 (UTC +04:00)
bp şirkətinin operatoru olduğu layihə əsasında, kəmərə vurulacaq Qazaxıstan nefti Aktaudan Azərbaycana tankerlər vasitəsi ilə çatdırılacaq. Qazaxıstan neftinin noyabrın ortalarında Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanında tankerlərə yüklənməsinə nəzərdə tutulur. bp-dən bildirib ki, Bakı-Tiflis-Ceyhan boru kəməri ilə ixrac edilən Qazaxıstan neftinin ilkin həcm ildə 2 mln. tondan 5 mln. tona qədər artırılıb, gələcəkdə isə bu rəqəmin 20 mln. tona çatdırılması planlaşdırılır. İxrac olunacaq neftin həcminin artırılması həm ABŞ və Avropa İttifaqı ölkələri, həm də Qazaxıstanın maraqlarındadır.

Bu arada Qazaxıstanın baş naziri Kərim Məsimov Qazaxıstanın enerji daşıyıcılarının dünya bazarlarına nəqlində çox istiqamətlilik prinsipinin tərəfdarı olduğunu bildirib, bu sırada diqqəti Azərbaycan və Gürcüstan istiqamətlərinə yönəldib.

Qeyd edək ki, Qazaxıstanın karbohidrogen ehtiyatlarının Azərbaycan vasitəsilə dünya bazarlarına çatdırılması prosesində son və mühüm addım Xəzər dənizinin dibi ilə çəkilməsi nəzərdə tutulan boru kəmərlərin tikintisi olacaq. Hazırda bu layihənin texniki-iqtisadi əsaslandırması üzərində işlər aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR