Bank Of Baku

Bahar-Hövsan-Suraxanı qaz kəmərinin sualtı hissəsinin çəkilişi noyabrın 20-dək başa çatdırılacaq

Bahar-Hövsan-Suraxanı qaz kəmərinin sualtı hissəsinin çəkilişi noyabrın 20-dək başa çatdırılacaq
# 18 oktyabr 2008 11:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 17-dək Bahar-Hövsan-Suraxanı qaz boru kəmərinin dəniz hissəsinin 15,5 km-i qaynaq edilərək suyun dibinə salınıb. Bahar-Hövsan-Suraxanı boru kəmərinin sualtı hissəsinin uzunluğu 32 km-dir. Kəmərin çəkilişi noyabrın 20-dək başa çatdırılmalıdır. Bu barədə “APA-Economics”ə . Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

Boru xəttinin 13 km-i “Süleyman Vəzirov” borudüzən gəmi vasitəsilə çəkilib. Kəmərin digər 2,5 kilometrlik hissəsi isə sərbəst dalma üsulu ilə inşa edilib. Belə ki, 2,5 kilometr uzunluğunda olan boru xətti sahildə qaynaq edilərək dənizə nəql edilib və iri borudüzən gəminin keçə bilmədiyi mədənin yanında suya salınıb. Hal-hazırda Hövsan sahəsində daha 600 metrlik xətt qaynaq edilib. Həmin xətt yaxın vaxtlarda da çəkiliş yerinə nəql ediləcək.

Kəmərin Hövsandan Suraxanıyadək olan quru hissəsinin uzunluğu isə 12 km-dir. Artıq kəmərin quru hissəsinin yarıdan çoxu, 7 km-i inşa edilib. Gələn ay burada da işlərin başa çatdırılması gözlənilir. Bundan başqa, kəmərin sahilə çıxan hissəsində - Hövsanda daha bir iri obyektin - qaz-separasiya məntəqəsinin inşası davam etdirilir. Məntəqədə avadanlığın quraşdırılması da noyabrda başa çatdırılacaq.

Qeyd edək ki, Bahar-Hövsan-Suraxanı qaz boru kəməri “Şimal” elektrik stansiyasını, eləcə də Bakının ətraf ərazilərini təbii qazla təmin edəcək. Ötürmə qabiliyyəti sutkada 5 mln. m3 olan kəmər “Günəşli” yatağından hasil edilən qazla doldurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR