Bank Of Baku

Azərbaycan yaxın 10 ildə karbohidrogen hasilatını 29% artıracaq

Azərbaycan yaxın 10 ildə karbohidrogen hasilatını 29% artıracaq
# 20 oktyabr 2008 08:29 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, həmin hesabat Azərbaycanın neft və qaz sənayesinin gələcək inkişafına həsr olunub.
«Business Monitor International»ın proqnozlarına əsasən, 2012-ci ilədək Azərbaycan Mərkəzi və Şərqi Avropanın neftə olan tələbatının 2,30%-ni, qaza isə 1,81%-ni ödəyəcək.
Hesabat müəllifləri hesab edirlər ki, 2007-2018-ci illərdə Azərbaycanda karbohidrogen hasilatı 29,4% artacaq, 2011-2014-ci illərdə isə neft hasilatı sutkada 1,3 mln. barel təşkil edəcək. Lakin 2014-cü ildən sonra hasilat sutkada 1,1 mln. barelə enəcək. Bununla yanaşı bildirilir ki, 2007-2018-ci illərdə Azərbaycanda neft istehlakı 110,5% artacaq, 2018-ci ilə kimi isə sutkada 216 min barel səviyyəsinə çatacaq.
Qaz hasilatına gəldikdə isə, hesabata əsasən, 2018-ci ilədək illik hasilatın 30 mrld. kubmetrə çatacağı, qazın ixrac imkanlarının isə 11 mlrd. kubmetrədək artacağı gözlənilir.
Hesabatda bildirilir ki, Azərbaycanın real ÜDM-nin artımı 2008-ci ildə 18,6%, 2009-cu ildə - 18,6%, 2010-cu ildə - 8%, 2011-ci ildə isə 5% səviyyəsində proqnozlaşdırılır.
Qeyd edək ki, 1984-cü ildə təsis olunan «Business Monitor International» nəşri mütəmadi olaraq müxtəlif siyasi-iqtisadi proqnozlar dərc edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR