Bank Of Baku

Etibar Pirverdiyev: «Azərbaycan qış mövsümündə elektrik enerjisi idxal etməyəcək»

Etibar Pirverdiyev: «Azərbaycan qış mövsümündə elektrik enerjisi idxal etməyəcək»
# 20 oktyabr 2008 10:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu ilin sonu və ya gələn ilin əvvəlində Azərbaycanda iki böyük elektrik stansiyası şəbəkəyə qoşulacaq. «APA-Economics»in məlumatına görə, bunu «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.
E.Pirverdiyevin sözlərinə görə, bunlar Sumqayıtdakı 525 MVt gücündə İES və Səngəçalda inşa olunmuş 300 MVt-lıq modul tipli elektrik stansiyasıdır. Artıq Sumqayıt İES-də sınaq-sazlama işləri aparılır.
«Hazırda Azərbaycanın real generasiya gücü 5300 MVt-a yaxındır. Düşünürük ki, bu qışı təxminən 4300-4400 MVt ilə keçirəcəyik», - deyə E.Pirverdiyev vurğulayıb.
E.Pirverdiyev onu da vurğulayıb ki, qış mövsümündə Azərbaycan heç bir ölkədən enerji idxal etməyəcək. Artıq «Azərenerji» Rusiyaya bu ölkənin əvvəllər Azərbaycana satdığı qiymətlərlə (1 kVt/saat 6 sentə) enerji satır.
«Azərenerji» rəhbəri İrana olan elektrik enerjisi borcunun qrafikə uyğun qaytarıldığını və prosesin bu ay tamamilə yekunlaşacağını qeyd edib.
Qeyd edək ki, bu gün Azərbaycanın energetikləri peşə bayramlarını qeyd edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR