Bank Of Baku

Azərbaycanın Novorossiysk limanından ixrac etdiyi REBCO markalı növbəti xam neft partiyasını İsveçrənin «Vitol S.A.» şirkəti alıb

Azərbaycanın Novorossiysk limanından ixrac etdiyi REBCO markalı növbəti xam neft partiyasını İsveçrənin «Vitol S.A.» şirkəti alıb
# 27 oktyabr 2008 13:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Rusiyanın Qara dənizdə yerləşən Novorossiysk limanından REBCO markalı xam neft partiyasının ixracına dair elan etdiyi son sorğuya yekun vurub.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, marketinq sorğusunun nəticələrinə əsasən, İsveçrənin «Vitol S.A.» şirkəti qalib elan edilib. Şirkət bu ilin noyabrın 29-30-u tarixlərində Novorossiysk limanından 600 min barel həcmində REBCO markalı neftin ixracını həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR