Bank Of Baku

AzİES-İmişli elektrik verilişi xəttinin tikintisi 2010-cu ildə başa çatacaq

AzİES-İmişli elektrik verilişi xəttinin tikintisi 2010-cu ildə başa çatacaq
# 04 noyabr 2008 07:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan» İstilik Elektrik Stansiyası (İES)-İmişli (AzİES-İmişli) elektrik verilişi xəttinin (EVX) tikintisi 2010-cu ildə başa çatdırılacaq. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.
M.Əsgərovun sözlərinə görə, hazırda layihənin podratçısı olan Çinin «CNEC» və kanalda təmir işlərini aparan Azərbaycanın «İnterenerji» şirkətləri (subpodratçı) tərəfindən işlər davam etdirilir. Layihənin texniki məsləhətçisi rolunda «Decon Consult/Fichner» konsorsiumu çıxış edir.
Qeyd edək ki, layihəyə 195 km-lik EVX-nin çəkilməsini və gücü 300 kV olan yarımstansiyanın inşasını nəzərdə tutur. Bu işlərin həyata keçirilməsi üçün KfW Azərbaycan hökumətinə ilk iki ili güzəştli olmaq şərti ilə 12 il müddətinə 30 mln. avro həcmində kredit ayırıb. Bu məbləğ layihənin icrasına çatmasa, Azərbaycan hökuməti dövlət büdcəsindən vəsait ayıracaq.
Xatırladaq ki, KfW həmçinin, Goranboyda yeni yarımstansiyanın tikintisini maliyyələşdirmək niyyətindədir. Bundan başqa, bərpa edilən enerji mənbələrinin inkişafı layihəsi çərçivəsində Azərbaycanda kiçik su elektrik və külək stansiyalarının tikintisi üçün kreditin ayrılması imkanlarına baxılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR