Bank Of Baku

Azərbaycan oktyabrda elektrik enerjisi istehsalını 12,5% artırıb

Azərbaycan oktyabrda elektrik enerjisi istehsalını 12,5% artırıb
# 05 noyabr 2008 10:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayı ərzində Azərbaycanın enerji sistemində 1,6 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu isə əvvəlki ayla müqayisədə 12,5% çoxdur.
«Azerenerji» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,5 mlrd. kVt/saatdan artıq, su elektrik stansiyalarının (SES) payına isə 0,1 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsalı düşür.
Bundan başqa, oktyabr ayı ərzində Rusiya, İran və Gürcüstanla elektrik enerjisi mübadiləsi davam etdirilib.
Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 17,3 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu həcmdən 15,3 mlrd. kVt/saata yaxın İES-lərin, 2 mlrd. kVt/saatdan artıq isə SES-lərin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR